Ten Haqla yola getməyən Sanço özünə yeni klub tapdı

Ten Haqla yola getməyən Sanço özünə yeni klub tapdı

Baş məşqçi Erik ten Haqla münaqişə səbəbindən "Mançester Yunayted"dən ayrılmaq istəyən yarımmüdafiəçi Ceydon Sançonun yeni klubu bəlli olub.

Fanat.Az xəbər verir ki, bu barədə "Todofichajes" məlumat yayıb.

Mənbənin xəbərinə görə, 23 yaşlı hücumameyilli "Borussiya Dortmund"a qayıtmaq istəyir. Almaniya nəhəngi oyunçunu geri almaq üçün "qırmızı şeytanlar"ın rəhbərliyi ilə danışıqlara başlamaq niyyətindədir.

Sanço 2021-ci ilin yayında "Mançester Yunayted"ə məhz Dortmund klubundan keçib. Onun manikuinlarla müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonuna qədərdir. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər