Ten Haq yetirmələrini və özünü belə cəzalandırdı

Ten Haq yetirmələrini və özünü belə cəzalandırdı

"Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq İngiltərə Premyer Liqasının 2-ci turunda "Brentford"a məğlubiyyətdən (0:4) sonra futbolçuları cəzalandırıb.

Fanat.Az "Mirror"a istinadən xəbər verir ki, niderlandlı mütəxəssis matçın ertəsi günü yetirmələrini 13,8 kilometr qaçmağa məcbur edib. 

İddiaya görə, “qırmızı şeytanlar”ın baş məşqçisi özü də futbolçularla bərabər qaçıb. “Mançester Yunayted” futbolçuları mütəxəssisin onları 33 dərəcə istidə qaçmağa məcbur etməsindən qəzəblənsələr də, baş məşqçinin də onlara qoşulduğu görəndə qeyd-şərtsiz razılaşıblar.

Qeyd edək ki, bir həftə sonra “Mançester Yunayted” “Old Trafford”da “Liverpul”u 2:1 hesabı ilə məğlub edib. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər