Bu mövsümün sonundan "Mançester Yunayted"in yeni baş məşqçisi olacaq Erik ten Haqın komandada edəcəyi dəyişikliklər indidən müzakirə olunur.
Fanat.Az xəbər verir ki, İngiltərə mediası niderlandlı mütəxəssisin "sükan"ı ələ keçirən kimi atacağı ilk böyük addımdan yazıb.
Söhbət kapitan seçimindən gedir. Konkret, "Manchester Evening News" nəşri ten Haqın kapitan sarğısını Harri Maquayrdan alacağını iddia edib.
Mənbə bu mövsüm media, azarkeşlər və ictimaiyyət tərəfindən ən çox tənqid edilən, 87 milyon avro ödənişlə tarixin ən bahalı müdafiəçisi olan Maquayrın liderlik qabiliyyətini nümayiş etdirə bilmədiyini vurğulayıb.
Xəbərə görə, yeni baş məşqçi kapitan sarğısını ispaniyalı qapıçı David De Xeaya həvalə edəcək. Bu qərar azarkeşləri təəccübləndirib. Çünki hər kəs kapitanlığın Kriştianu Ronalduya veriləcəyini gözləyirdi.
Mirağa