"Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində evdə "Real Betis"ə qarşı keçirəcəkləri matçdan öncə fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, niderlandlı mütəxəssis mətbuat konfransında belə danışıb:
"Əlbəttə ki, kapitan Brunu Fernandeş olacaq. Brunu əla mövsüm keçirir və komandanın qələbələrində xüsusi rol oynayır. Meydanda çox qaçır, başqalarına müsbət enerji verir, oyunçulara nəyi necə etmək lazım olduğunu düzgün şəkildə başa salır. Hamı səhv edir. Heç kim mükəmməl deyil. Şadam ki, o, mənim komandamdadır. Harri Maquayr meydanda olmayanda Fernandeşin kapitan sarğısını daşımasından məmnunam".
Qeyd edək ki, MY İngiltərə Premyer Liqasının oyununda "Liverpul"a 0:7 hesabı ilə uduzaraq tarixinin ən ağır yenilgisini alandan sonra mətbuat və azarkeşlər Fernandeşi tənqid atəşinə tutub.
Nihat