Ten Haq De Xeaya mesaj göndərdi: "Söz vermirəm..."

Ten Haq De Xeaya mesaj göndərdi: "Söz vermirəm..."

"Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq "Times"ə danışıb. 

Fanat.Az xəbər verir ki, hollandiyalı mütəxəssis açıqlamasında komandanın qapıçısı David De Xeaya da mesaj göndərib.

Ten Haq ispaniyalı qolkiperə əsas heyət sözü verməyib: 

"Mən deyə bilmərəm ki, De Xea həmişə əsas 1 nömrəli qapıçı olacaq. Çünki "Mançester Yunayted" elə klubdur ki, burada gərək hər mövqedə rəqabət olsun. Siz uğuru 11 futbolçu ilə qazana bilməzsiniz. Bu, mümkünsüzdür. Hər mövqedə keyfiyyətli əvəzedicilər lazımdır". 

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər