"Mançester Yunayted"də noyabrın ən yaxşı futbolçusunun adı açıqlanıb.
Fanat.Az xəbər verir ki, bu barədə İngiltərə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Klubun rəsmi saytında azarkeşlər arasında aparılan səsvermədə qapıçı David de Xea birinci olub.
31 yaşlı qolkiper ötən ay 7 oyunda meydana çıxıb.