Təmsilçimiz bu komandalarla qarşılaşmayacaq

Təmsilçimiz bu komandalarla qarşılaşmayacaq

Xəbər verdiyimiz kimi, futzal üzrə UEFA Çempionlar Liqasının 2023/24-cü il mövsümündə ölkəmizi təmsil edəcək və mübarizəyə ilkin mərhələdən start verəcək “Araz Naxçıvan”ın rəqibləri iyulun 5-də məlum olacaq.

Fanat.Az xəbər verir ki, 5-ci səbətdə yer alan təmsilçimiz “Futsal Minerva” (İsveçrə), “Örebro” (İsveç), “Eyndhoven” (Niderland), “Radnik” (Bosniya və Herseqovina), “Lubaua” (Polşa), “Luçeneç” (Slovakiya) və “Dukas” (Yunanıstan) klubları ilə qarşılaşmayacaq. 

Çünki bu komandalar öz qruplarının birinci komandası olacaq. “Araz Naxçıvan” da eyni mövqedə yer alacağından, onların yolu növbəti mərhələdə kəsişə bilər. Təmsilçimizin yer alacağı qrupun oyunları Latviya, Monteneqro, Albaniya, Bolqarıstan və ya Kiprdə keçiriləcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər