"Təcrübənin bəhrəsini görürük" - Kevin Medina

"Təcrübənin bəhrəsini görürük" - Kevin Medina

"Premyer Liqa və UEFA Konfrans Liqasında vəziyyətimiz yaxşıdır. Yaranmış fasilədə də öz üzərimizdə çalışmalıyıq. İnkişaf etmək və oyunumuzu təkmilləşdirmək üçün mümkün qədər daha çox məşq etməliyik".

Fanat.Az xəbər verir ki, "Qarabağ"ın müdafiəçisi Kevin Medina klubun rəsmi saytına açıqlamasında belə deyib.

28 yaşlı kolumbiyalı komandanın Konfrans Liqası və Premyer Liqadakı çıxışını dəyərləndirib:

"Premyer Liqada hazırda liderik və oyunlarımız asan keçmir. Bütün rəqiblər xal almağa və qalib gəlməyə çalışırlar. Konfrans Liqasında qrup mərhələsinin başa çatmasına 2 tur qalsa da, növbəti mərhələyə yüksəlməyi təmin etdik".

Medina bütün azarkeşlər kimi oyunçuların da tarixi uğura çox sevindiyini söyləyib:

"Ancaq mən uğurumuzu bu ilin nəticəsi adlandırmazdım. Çünki “Qarabağ” ardıcıl 8-ci dəfədir qruplarda oynayır. Bu uğur uzun illər çəkilmiş zəhmətin nəticəsidir. 8 il ərzində toplanmış təcrübənin bəhrəsini biz görürük. Deməli, bu uğura nail olmaq indiki komandanın qismətində imiş. Azarkeşlərimizə də bizi daim dəstəklədikləri üçün təşəkkür edirəm”.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər