Təbriz derbisini "Traktor" qazandı

Təbriz derbisini "Traktor" qazandı
İran çempionatında 6-cı turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, bu gün Təbrizdə şəhərin iki klubu üz-üzə gəlib. "Traktor" səfərdə "Maşın Sazi" ilə qarşılaşıb. Görüş qonaqların qələbəsi ilə başa çatıb. "Al qurdlar"ın qolunu 90+3-cü dəqiqədə Məhəmməd Qənbəri vurub.
Qeyd edək ki, mövsümə uğursuz başlayan "Traktor" 9 xalla 7-ci pillədə qərarlaşıb. "Maşın Sazi" isə 1 xalla sonuncu - 16-cı yerədir.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər