Tayfur Əliyevi yarımfinala buraxmadılar

Tayfur Əliyevi yarımfinala buraxmadılar
Azərbaycan boksçusu Tayfur Əliyev Avropa Olimpiya Təsnifat Turnirində növbəti görüşünü keçirib.
 
Fanat.Az xəbər verir ki, 57 kq çəki dərəcəsində yarışan idmançı 1/4 finalda Samuel Kristoferlə (Fransa) üz-üzə gəlib.
 
Görüş rəqibin qələbəsi ilə başa çatıb.
 
Qeyd edək ki, Əliyev ötən il Böyük Britaniyanın paytaxtı Londonda başlayan, lakin koronavirus pandemiyası üzündən dayandırılan yarışda 1/4 final mərhələsinə yüksəlməklə Tokio Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər