20 yaşadək futbolçular arasında keçirilən dünya çempionatına yekun vurulub.
Fanat.Az xəbər verir ki, finalda İtaliya və Uruqvay milliləri üz-üzə gəlib. Rəqibini 1:0 hesabı ilə məğlub edən Cənubi Amerika təmsilçisi dünya çempionu olub. Oyunda yeganə qolu 85-ci dəqiqədə Lusiano Rodriqes vurub.
Cənubi Koreyanı 3:1 hesabı ilə məğlub edən İsrail millisi isə mundialın bürünc medallarını qazanıb.
Bu, uruqvaylıların U-20 yaş kateqoriyasında ilk dünya çempionluğudur. Bu yaş qrupunda ən çox dünya çempionu olmuş ölkə isə Argentinadır.