Tanınmış boksçu İngiltərə klubunu alır - FOTO

Tanınmış boksçu İngiltərə klubunu alır - FOTO

Məşhur boksçu Tayson Fyuri futbol klubu almağa hazırlaşır. 

Fanat.Az "TalkSPORT"a istinadən xəbər verir ki, söhbət boksçunun yaşadığı şəhərin eyniadlı təmsilçisi və uşaqlıqdan azarkeşi olduğu "Morecambe" klubundan gedir.

Tanınmış boksçu İngiltərə klubunu alır - FOTO Adıçəkilən klub İngiltərənin üçüncü divizionunda çıxış edir. Tayson "TalkSport"a açıqlamasında artıq kluba maddi yardım etdiyini deyib: "Mən "Morecambe"ni almağı düşünürəm. Onlar hazırda üçüncü liqada oynayırlar. Onlara bir neçə milyon sərmayə yatıra biləcəyimi düşünürəm. Kluba pul verib, liqada qalmalarına kömək etmək istəyirəm. Əslində, "Morecambe"ni almaq təklifi qarşı tərəfdən gəldi. Artıq klubdakı məşq mərkəzi və idman zalı mənə məxsusdur. Ola bilsin ki, siz futbol klubunun yeni sahibi ilə danışırsınız”.

Tayson Fyuri "Morecambe"nin məşq mərkəzinə və idman zalına sahib olmaqla yanaşı, onun brendi də komandanın formasındadır. Çünki o, həm də klubun baş sponsorudur.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər