Tahir Süleymanov "Qara dəlik"dən yazdı

Tahir Süleymanov "Qara dəlik"dən yazdı

"Neftçi”nin sabiq vitse-prezidenti – beynəlxalq dərəcəli hakim Tahir Süleymanov Bakı təmsilçisinin "SKA-Xabarovsk”dan sınaq matçında aldığı 1:8 hesablı yenilgiyə reaksiya verib. Fanat.Az futbol adamının feysbukda paylaşdığı yazını təqdim edir:

Ağ-qara rənglər qaraya boyanıb. 4-cü ildir artıq...

Qara rəng ağ rəngin müxalifi, tam əksidir. Qara rəng işığın qarşısının tam alındığı məqamda yaranır. Aydınlıq, işıqlıq rəmzi olan ağ rəngi yox edir... 3-4 ildir qara neftdən gələn 30-40 milyon vəsaitlə ətraf qara rəngə boyadılıb. Qara fəhlənin əziyyətlə qazandığı pullarla qara günə salınıb futbol tariximiz... Zolaqlı ağ-qaraların həyatda iki seçimi olur. İşıqlı ağ və ya zülmət gətirən qara yol. İşıqlı tərəf saf, yolunu azmayan, işini bilənlərə aiddir. Zülmət qaranlıq isə yolunu azanlar üçündür... Nurlu sabahı görməyənləri, getdiyi yolu bilməyənləri "Qara dəlik" ("Чёрная дыра") ağuşuna alıb sovurur, aparır... Günəş Şərqdən oyanır və Qərbə doğru işıq saçır. Dünən saçdığı, qara qəlbliləri ağ nurları ilə məhv etdiyi kimi. Sel kimi yağan yağış ağ-qara sevgisi olan sadə qara insanların göz yaşları, fəryadı idi...

Ətrafı qaraya boyayıb "ağ" günə çıxıblar. Müvəqqəti də olsa qaranlıqda iz itirmək asandır axı...

Zolaqlı ağ-qaraların qara günləri uzun çəkir... Aydın sabahın gəlməsi üçün ağ rəng oyanmalıdır. Aldadılmış qəlblər ağı qaradan seçməyi bacarmalıdırlar. İşıqlı günlərin tək yolu budur. Əks halda zülmətli qaranlıqlar davam edəcək...

Qara rəng eyni zamanda ciddilik, mərdlik rəmzidir. Bu o vaxt olur ki, nurlu ağla qara rəngin sintezi yaransın. Ağ-qara boyalar ayrılmaz birliklə günəşli səhərə doğru irəliləsin...

Qaranlıq gecələrdə Tanrı qapısı daha aydın açılır. Nurlu ağ sabahları oyatmaq üçün. Yatmamaq lazım. Ağ nurlu aydınlıq saf qəlblərdən keçir... Qara rəngin ağuşunda gizləniblər. "Ağ" günlərini nurlu ağ boyalardan qorumaq üçün. Ağ rəngin aydınlığı, oyanması qara xislətlilərin qorxulu royasıdır... Gələcək o günlər. Mütləq gələcək...

Hər qara gecələrin nurlu, ağ günəşli sabahları olur...

Ağ rəng heç vaxt qara ləkə götürməz!

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər