Tahir Süleymanov: "Nəticə dalınca qaçmağa ehtiyac yoxdu"

Tahir Süleymanov: "Nəticə dalınca qaçmağa ehtiyac yoxdu"

"Reallığı nəzərə alıb nəhəng klublarla görüşdə nəticə dalınca qaçmağa ehtiyac yoxdu. Azərbaycan klub futbolunu layiqli təmsil etmək, bir-iki gənc futbolçulya şans verib Avropa klublarının diqqətini onların üzərinə yönəltmək ən doğru seçim olar”.

 

Bu sözləri Fanat.Az-a açıqlamasında beynəlxalq dərəcəli hakim Tahir Süleymanov deyib.

  

Ölkə futbolu tarixində ilk dəfə qitəmiqyaslı yarışların qrup mərhələsinə "Neftçi”nin vitse-prezidenti qismində yüksələn futbol adamı "Qarabağ” – "Atletiko” oyunu haqda fikirlərini bölüşüb. O, ağdamlıların nəticə qazanmağa məcbur olmadığını vurğulayıb:

"Layiqli mübarizə fonunda uğurlu nəticə alınarsa, çox yaxşı olar. Hərçənd bu, yalnız "Qarabağ"dan asılı olan məsələ deyil. "Atletiko"nun oyuna hazırlığı, taktiki gedişləri böyük önəm daşıyacaq. Avropa nəhəglərinə qarşı "Qarabağ" ikinci rolda, rəqibə uyğun çıxış etməyə məcburdu. Eyforiyaya qapılmağa dəyməz. Gənc futbolçuların özlərini yaxşı tərəfdən göstərməsinə şərait yaradılmalıdı”.

  

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər