Svanadze: "Getmək istəyəni saxlamaq olmaz"

Svanadze: "Getmək istəyəni saxlamaq olmaz"

"İnter" futbolçusu Ağabala Ramazanovun "Qarabağ"a keçidini təsdiqləyib. Bu barədə Fanat.Az-a komandanın baş məşqçisi Zaur Svanadze açıqlama verib. 

Gürcü çalışdırıcı 24 yaşlı yarımmüdafiəçinin gedişi haqda bunları deyib: 

"Yoxluğu hiss olunacaq. Yaxşı futbolçudu, əsas heyetdə meydana çıxırdı.Ancaq Ramazanovun əvəzinə oynatmağa gənc futbolçularımız da var. Getmək istəyəni saxlamaq olmaz. Qarşıdakı oyunlarda bizə çətin olacağı dəqiqdi. Heyətdəki futbolçularla mübarizəni davam etdirməyə, məqsədimizə çatmağa çalışacağıq".

Qeyd edək ki, Ağabala Ramazanov "Qarabağ"la birgə Türkiyənin Antalya bölgəsinə təlim-məşq toplanışına yollanıb.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər