Svanadze məğlubiyyətə səbəb tapdı

Svanadze məğlubiyyətə səbəb tapdı

“Yenilginin səbəbini fərdi ustalıqda görürəm. “Neftçi”də səviyyəli futbolçuların sayı çoxdu". Fanat.Az xəbər verir ki, bu sözləri “İnter”in baş məşqçisi Zaur Svanadze deyib.

 

Topaz Premyer Liqasının VII turunda “Neftçi”yə öz meydanında 0:2 hesabıyla uduzan "ağ-göylər"in gürcü çalışdırıcısı oyundan sonra düzənlənən ənənəvi mətbuat konfransında yenilgiyə şərh verib: 

 

 “Qol buraxana qədər daha yaxşı görünürdük. Ələ düşən imkanlardan yararlana bilmədik. Samir Zərgərovun 3 qol şansı oldu. Nəticəni ədalətli sayıram. Heyətimizdə gənc futbolçular var idi. Nizami Hacıyev, İlkin Qırtımov bu gün oynamırdılar. Buna görə, bizə daha çətin oldu. Yaxşı ki, fasilə yarandı. Fasilə dönəmində Nizami zədəsini tam sağaldacaq”.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər