"Sürix"lə oyunun biletləri nə vaxt satışa çıxarılacaq? - AÇIQLAMA

"Sürix"lə oyunun biletləri nə vaxt satışa çıxarılacaq? - AÇIQLAMA

Çempionlar Liqasının II təsnifat mərhələsində ilk matçını evdə İsveçrə "Sürix"inə qarşı qarşı keçirəcək "Qarabağ"ın oyununa biletlər sabahdan satışa çıxarılacaq.

Klubdan Fanat.Az-a verilən məlumata görə, satış məntəqələri və qiymətlər əvvəlki kimi qalıb.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüşə biletlərin qiyməti uyğun olaraq 5, 10, 20 və 50 manat təşkil edir.

Satış məntəqələri:

Iticket.az-ın satış məntəqələrində (11:00-dan 20:00-dək) və iticket.az-da onlayn satış;

Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopunda (11:00-dan 20:00-dək)

"Qarabağ" - "Sürix" oyunu iyulun 19-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Saat 20:00-da başlayacaq oyun "CBC Sport" kanalı vasitəsilə canlı yayımlanacaq.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər