“Sumqayıt”ın futbolçusu üçün əlamətdar oyun

“Sumqayıt”ın futbolçusu üçün əlamətdar oyun

Azərbaycan Premyer Liqasının 16-cı turu çərçivəsində keçirilən “Sumqayıt” – “Qarabağ” matçında meydan sahiblərinin futbolçusu Sənan Muradlı Premyer Liqada debüt oyununu keçirib.

Fanat.Az xəbər verir ki, “Sumqayıt” Futbol Akademiyasının yetirməsi olan Muradlı oyunun 86-cı dəqiqəsində Kamran Əliyevin əvəzinə meydana daxil olub.

2006-cı il təvəllüdlü yarımmüdafiəçinin Premyer Liqada debütü 17 yaş 338 günlüyündə gerçəkləşib.

Muradlı əsas komandanın heyətində ilk oyununu Azərbaycan Kubokunun 2-ci təsnifat mərhələsində baş tutmuş “Lerik” – “Sumqayıt” qarşılaşmasında keçirib. Həmin matçda 90 dəqiqə meydanda olan gənc yarımmüdafiəçi 1 qol vurmağa da müvəffəq olub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər