“Sumqayıt”da yeni təyinat

“Sumqayıt”da yeni təyinat

“Sumqayıt” Futbol Klubunun idman direktoru postuna təyinat gerçəkləşib.

Fanat.Az xəbər verir ki, adıçəkilən vəzifəni bir müddətdir müvəqqəti yerinə yetirən Faiq Hacı-Məhərrəmov icra edəcək.

Faiq Hacı-Məhərrəmov 2011-ci ildən etibarən “Sumqayıt”da çalışır. O, klub yaranandan bu günə qədər əsas komandanın meneceri vəzifəsini icra edib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər