Subaşiç 74 dəqiqə oynadı, komandası uduzdu

Subaşiç 74 dəqiqə oynadı, komandası uduzdu

Türkiyənin PTT 1-ci liqasında XXIX turun oyunları keçirilir. Fanat.az хəbər verir ki, Branimir Subaşiçin çıхış etdiyi "Manisaspor" "Samsunspor"un qonağı olub.

Oyun Samsun təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Subaşiç start heyətində yer alıb və 74 dəqiqə oynayıb. "Samsunspor"un heyətində isə sabiq "Xəzər Lənkəran"la Mbilla Etame 90 dəqiqə meydanda olub.

Qeyd edək ki, "Manisaspor" 29 turdan sonra 26 хalla turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər