Stolüstü tennisçilərimiz beynəlxalq turnirdə

Stolüstü tennisçilərimiz beynəlxalq turnirdə

Azərbaycanın stolüstü tennis üzrə seçmə komandası daha bir beynəlxalq yarışda mübarizə aparacaq.

Fanat.Az xəbər verir ki, yığma Qazaxıstanın məşhur idmançısı Yermak Kitayevin xatirə turnirinə qatılacaq. Pavlodar şəhərində təşkil olunacaq yarışda böyük məşqçi Fərhad İsmayılov və məşqçi Rza Mirzəyevin rəhbərliyi ilə Vəzir Allahverdiyev, Nihad Məmmədov, İbrahim Ansari, Ləman Abdulhəmidova, Zemfira Mikayılova və Arzu Aslanova bacarığını göstərəcək. 

Oktyabrın 15-də start veriləcək beynəlxalq turnirə oktyabrın 17-də yekun vurulacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər