Stolüstü tennisçilər Konyaya yollandı

Stolüstü tennisçilər Konyaya yollandı

Stolüstü tennisçilərimiz bu gün İslam Həmrəyliyi Oyunlarının ev sahibi olan Konya şəhərinə yola düşüblər.

Fanat.Az xəbər verir ki, Türkiyəyə yollanan heyətdə 8 idmançı yer alıb.

Baş məşqçi Mixail Timofeyevin rəhbərliyi ilə yarışda Vəzir Allahverdiyev, Nihad Məmmədov, Emin Məmmədov, Adil Əhmədzadə, Nəzakət Qarayeva, Ləman Abdulhəmidova, Zemfira Mikayılova və Mərziyyə Nurmətova bacarığını göstərəcək. 

Beynəlxalq dərəcəli hakim Zaur Mikayılov isə İslamiadanın görüşlərini idarə edəcək.    

Stolüstü tennisçilərin mübarizəsinə avqustun 7-də start veriləcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər