Stadionun damı belə uçdu - VİDEO

Stadionun damı belə uçdu - VİDEO

Qazaxıstanda çempionat oyununun gedişində stadionun dam örtüyü çöküb.

Fanat.Az "Zakon.Kz" saytına istinadən xəbər verir ki, “Ordabası” – “Aksu” matçı zamanı külək Çimkəndin mərkəzi stadionunun damını uçurub. 

Dam "Aksu" komandasının qapısının düz kənarında düşüb. Topdaşıyan uşaqların uçqunun altında qaldığı güman olunsa da, sonradan xəsarət alanların olmadığı müəyyənləşib. 

Qarşılaşma dayandırılıb və yenidən təyin olunacaq. Fövqəladə vəziyyət yaranana kimi "Ordabası" 1:0 öndə olub. Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər