"Spartak" Səmədova qarşı donuzcasına hərəkət etdi"

"Spartak" Səmədova qarşı donuzcasına hərəkət etdi"

Ukrayna millisinin sabiq forvardıAndreyVoronin Moskva "Spartak”ının Aleksandr Səmədovla müqaviləyə xitam verməsi haqda danışıb.

 

 

Fanat.Az-ın məlumatına görə, "Sport den za dnyom”a açıqlama verən Voronin özündən çıxıb:

 

"Yumşaq sözlər seçməyə çətinlik çəkirəm. Saşanın xidmətlərini əsas götürsəm, deməliyəm ki, "Spartak”ın idarəçiləri ona qarşı donuzcasına hərəkət etdi. İki dünya və Avropa çempionatı iştirakçısına - "Spartak”la "qızıl” qazanmış Səmədova müqavilə müddətinin başa çatmasına 6 ay qalmış qapını göstərdilər. Bu, klub rəhbərliyinə baş ucalığı gətirmir.

Mən qərbi Avropada böyümüşəm. Almanların öz oyunçularına münasibətindən xəbərim var. Onlardan öyrənmək lazımdı. Bizdə isə köhnə vəziyyətdi: oynayırıqsa, lazımıq, heyətə düşmürüksə zibilik. Tapdalayıb öz yollarına davam edəcəklər”.

Qeyd edək ki, "Spartak” bu ilin yanvarında 2016/17 mövsümündə "Lokomotiv”dən qayıdan və klubla çempionluq yaşayan Səmədovla anlaşmanı vaxtından əvvəl pozub. 34 yaşlı Azərbaycan əsilli yarımmüdafiəçi yaya qədər "Krılya Sovetov”da millimizin hücumçusu Ramil Şeydayevə yoldaşlıq edəcək.

 

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər