"Son tura qədər çempionluq uğrunda mübarizəmizi davam etdirəcəyik" - Elçin Usub

"Son tura qədər çempionluq uğrunda mübarizəmizi davam etdirəcəyik" - Elçin Usub

Birinci Liqanın sonu yaxınlaşdıqca Premyer Liqaya vəsiqə uğrunda mübarizə daha da gərginləşir. Bu mövsüm elitaya iddialı kollektivlerdən biri də "Şamaxı"dır. Klubun İdarə Heyətinin sədri Elçin Usubla əlaqə saxlayıb Premyer Liqaya vəsiqə qazanmaq şansları barədə fikirlərini öyrəndik.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

“Mövsümün başa çatmasına 5 tur qalıb və liderlə aramızda 6 xallıq fərq var. Çalışacağıq ki, bu xal fərqini aradan qaldıraq. Son tura qədər çempionluq uğrunda mübarizəmizi davam etdirəcəyik. Lisenziyalaşdırma prosesinə gəlincə, klub olaraq lazım olan bütün sənədləri vaxtında göndərmişik və bu prosesi yekunlaşdırmışıq”.

Nahid Ustaclı

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər