Son qayıtdı

Son qayıtdı
"Tottenhem"in hücumçusu Son Hın Min Cənubi Koreya ordusunda 3 həftəlik hərbi xidmətini tamamladıqdan sonra İngiltərəyə qayıdıb.
Fana.Az "Sky Sports"a istinadən xəbər verir ki, yalnız koronavirus aşkarlanacağı təqdirdə, Son karantin rejiminə əməl etməli olacaq. Əks halda, 27 yaşlı futbolçu növbəti həftədən "Tottenhem"in bazasında fərdi məşqlərə başlaya biləcək.
Son Hın Min hərbi xidmətini xüsusi fərqlənmə ilə bitirmişdi. 
İngiltərə Premyerr Liqasının 13 iyunda bərpa olunacağı gözlənilir.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər