Son dəqiqə qolları lideri dəyişdi

Son dəqiqə qolları lideri dəyişdi

Futbol üzrə Azərbaycan I Divizionda IV tura yekun vurulub. 

Fanat.Az xəbər verir ki, ikinci oyun günündə 3 qarşılaşma keçirilib. 

Maraqlıdır ki, bu görüşlərdə vurulan 7 qoldan 6-sı matçın 80-ci dəqiqəsindən sonraya təsadüf edib.

Bu gün həmçinin, lider dəyişikliyi baş verib. "Keşlə-2" "Qaradağ Lökbatan" üzərində qələbə qazanaraq, zirvəyə yüksəlib.   Qeydə alınan nəticələri təqdim edirik: 

15 oktyabr (cümə)

“Qaradağ Lökbatan” – “Keşlə-2” 0:2 Qollar: Emin Quliyev, 85, 90+8. Qırmızı vərəqə: Davud Mahmudov, 87 ("Qaradağ Lökbatan").

“Sumqayıt-2” – “Kəpəz” 1:2 Qollar: Nəbi Məmmədov, 81 - Emil Qasımov, 11, 90+2. Qırmızı vərəqə: Rüstəm Hümbətov ("Sumqayıt-2").

“Zaqatala” – “Zirə-2” 2:0 Qollar: Əli Abdullayev, 81, Aleksandr Şemonayev, 90+1. Qeyd edək ki, turun 3 oyunu dünən baş tutub: “Qarabağ-2” – “Neftçi-2” 0:2 (Xəqani Sadıxov, 30, Nihad Qurbanlı, 74), “Sabah-2” – “Səbail-2” 1:0 (Kamran Quliyev, 41), “Qəbələ-2” – “Turan Tovuz” 1:2 (Mehrac Baxşalı, 87 - Elçin Qasımov, 45+3, Sadiq Şəfiyev, 84). Son dəqiqə qolları lideri dəyişdi

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər