"Son 30 dəqiqədə komandada arxayınlıq oldu" - Qara Qarayev

"Son 30 dəqiqədə komandada arxayınlıq oldu" - Qara Qarayev

"Bəlkə də son 30 dəqiqədə komandada arxayınlıq oldu və qələbə qazanacağımızı düşündük. Bunu düşünməyə də əsas var idi. Çünki rəqibin oyuna hansısa təhlükəli müdaxiləsi yox idi".

Fanat.Az xəbər verir ki, bunu UEFA Çempionlar Liqasının pley-off mərhələsinin Çexiyadakı cavab maçtında "Viktoriya"ya 1:2 hesabı ilə uduzan "Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayev Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında deyib.

30 yaşlı yarımmüdafiəçi futbolda belə məğlubiyyətlərin yaşandığını bildirib: "Bəzən gözləmədiyin anda, gözləmədiyin dəqiqədə qapında qol görür və ya qol vurursan. Oyunun marağı da elə bundadır. Dünyada, Azərbaycanda və bütün arenalarda futbolun sevilməsinin ən böyük səbəblərindən biri də budur.

Çexiyada məğlub olsaq da, bu, bizi hədəflərimizdən uzaqlaşdırmır. "Qarabağ" və ölkəmiz adına ən yaxşısını etməyə çalışacağıq".

Qeyd edək ki, "Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsində mübarizə aparacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər