"Soçi"nin prezidenti "Keşlə" ilə oyundan danışdı

"Soçi"nin prezidenti "Keşlə" ilə oyundan danışdı
Rusiyanın "Soçi" klubunun prezidenti Boris Rotenberq UEFA Konfrans Liqasının II təsnifat mərhələsində keçirilən "Keşlə" ilə oyundan danışıb. 
Fanat.Az xəbər verir ki, klub rəhbəri DAK-a açıqlamasında 3:0 hesabı ilə qalib gəldikləri görüş haqda bunları deyib: 
"Dünənki qələbəyə görə çox xoşbəxtəm. "Soçi"nin bütün azarkeşlərini təbrik edirəm. Biz doğru istiqamətdə addımlayırıq. Hər şey irəlidədir. Hələ çox oyun var".
Qeyd edək ki, bu komandalar arasında cavab oyunu 29 iyulda Bakıda keçiriləcək. Cütün qalibi növbəti mərhələdə "Partizan"la qarşılaşacaq. 
 
Röya
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər