Skoulz MY-nin ən vacib oyunçusunun kim olduğunu açıqladı

Skoulz MY-nin ən vacib oyunçusunun kim olduğunu açıqladı

"Mançester Yunayted"in sabiq yarımmüdafiəçisi Pol Skoulz "qırmızı şeytanlar"ın 2:1 hesablı qələbəsi ilə bitən son Mançester derbisindən öncə komandanın ən vacib futbolçusunun adını açıqlayıb.

Fanat.Az "BT Sport"a istinadən xəbər verir ki, o, hazırda MY üçün Kazemironun ən önəmli fiqur olduğunu deyib:

"Hazırda Kazemiro "Mançester Yunayted"in ən vacib futbolçusudur. Yəqin ki, uyğunlaşma prosesini gec tamamladığına görə uzun müddət heyətdən kənarda qaldı. Ancaq indi hücum xəttindəki futbolçuların topla təmin olunmasında müstəsna rolu var. Mövsümün ilk yarısında hücumla müdafiə arasında əlaqə zəif idi. İndi isə ön xətdə yer alan sürətli futbolçuların həm də istedadlı olduğu sezilir. Deməli, xətlərarası əlaqə yaxşı səviyyədədir".

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər