Skamakka əməliyyat edildi

Skamakka əməliyyat edildi

"Atalanta"nın və İtaliya millisinin hücumçusu Canluka Skamakka xaçvari diz bağlarından əməliyyat edilib.

Fanat.Az Berqamo təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 25 yaşlı oyunçu dünən Romadakı "Villa Stuart" klinikasında cərrah masasına uzanıb. 

Əməliyyatın uğurlu keçdiyi və oyunçunun tezliklə fizioterapiyaya başlayacağı bildirilib.

Qeyd edək ki, ötən mövsüm "Atalanta" forması ilə bütün turnirlərdə 44 matça çıxan Canluka 19 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər