Skaloni barədə qərar verildi: "Bizi başdanxarab sayırdılar"

Skaloni barədə qərar verildi: "Bizi başdanxarab sayırdılar"

Argentina Futbol Assosiasiyası (AFA) millinin baş məşqçisi Lionel Skaloni ilə bağlı qərarını verib.

Fanat.Az-ın məlumatına görə, assosiasiya prezidenti Klaudio Tapia 44 yaşlı çalışdırıcı ilə mövcud vəziyyəti müzakirə etdiklərini açıqlayıb:

"Onunla danışmışıq. Millini 2026-cı ildə keçiriləcək dünya çempionatına da aparmasını istəyirik. Skalonini baş məşqçi postuna təyin etdiyimiz vaxt ağlımı itirdiyimi deyirdilər. İnsanların 99 faizi bizi başdanxarab sayırdılar. Ancaq bu gün argentinalılar onunla fəxr edirlər. Skaloninin postunda qalacağına ümid edirəm. Onu saxlamaq qərarımız qətidir”.

Qeyd edək ki, Argentina yığması finalda Fransa seçməsini yenərək DÇ-2022-nin qalibi adını qazanıb. Bu, cənubi amerikalıların 3-cü dünya çempionluğu olub.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər