Premyer Liqada həftəsonu baş tutan Mançester derbisi ilə bağlı oynanılan qeyri-adi mərc üzə çıxıb. Fanat.Az xəbər verir ki, azarkeşlərdən biri arvadını mərcə qoyub.
"Mançester Siti" ilə "Mançester Yunayted" arasında keçirilən matçda birincilər qalib gələcəyi halda çempionluğu vaxtından əvvəl elan edəcəkdilər. Lakin ilk yarıda 2:0 hesablı qələbə qazanan Pep Qvardiolanın yetirmələri ikinci hissədə 3 qol buraxaraq 2:3 hesabı ilə uduzublar. Bununla da "Mançester Siti"nin çempionluğu növbəti tura təxirə salınıb.
Qeyri-adi mərc isə Tanzaniyada edilib. İlk yarıdan sonra "Mançester Siti"nin qələbəsinə əmin olan tanzaniyalı azarkeş mərcə girib. Tərəflərin anlaşma mətnində bu sözlər yazılıb:
"Əgər "Mançester Siti" Premyer Liqa çempionluğunu bu matçda elan etməsə, arvadımı bir həftəliyinə dostuma verəcəyimə söz verirəm. Bu anlaşmanı təzyiq altında imzalamıram və öz istəyimlə qol çəkirəm".
"Mançester Yunayted"in 3:2 hesablı qələbəsindən sonra məğlub azarkeşin və həyat yoldaşının hansı aqibəti yaşadığı barədə məlumat verilmir.
Fanat.Az