"Sinquefield Cup": Məmmədyarov son turda Aronyanla üz-üzə

"Sinquefield Cup": Məmmədyarov son turda Aronyanla üz-üzə

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov ABŞ-ın Sent-Luis şəhərində təşkil olunan "Grand Chess Tour" seriyasının beşinci mərhələsində bu gün sonuncu görüşünü keçirəcək

Fanat.Az xəbər verir ki, 37 yaşlı qrossmeyster "Sinquefield Cup" turnirinin doqquzuncu turunda ağ fiqurlarla erməni əsili ABŞ təmsilçisi Levon Aronyanla üz-üzə gələcək. 

Turun bütün görüşləri Bakı vaxtı ilə saat 22:00-da başlayacaq

Təmsilçimiz bunadək görüşlərindən beşini heç-heçə, ikisini məğlubiyyətlə başa vurub. Məmmədyarov 4-cü turda norveçli Maqnus Karlsenlə qarşılaşmalı olsa da, dünya çempionunun turnirdən imtinası səbəbindən görüş baş tutmayıb.

Təcrübəli şahmatçımız 2,5 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.

Qeyd edək ki, turnirin ümumi mükafat fondu 325 000 dollardır.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər