Simeonenin köməkçisi Argentina nəhəngini çalışdıra bilər

Simeonenin köməkçisi Argentina nəhəngini çalışdıra bilər
"Atletiko"da Dieqo Simeonenin köməkçi-məşqçisi kimi çalışan Herman Burqos klubdan ayrıla bilər.
Fanat.Az "Diario AS" nəşrinə istinadən xəbər verir ki, Burqos "River Pleyt"i çalışdıra bilər. Argentina nəhəngi karyerasını Avropada davam etdirəcəyi gözlənilən Marselo Qalyardonun əvəzedicisini axtarır. Siyahıda Burqosunun adının ilk sıralarda olduğu bildirilir.
Son məlumatlara görə, Simeone artıq özünə yeni köməkçi tapıb. Söhbət Nelson Vivasdan gedir.
Burqos 1994-1999-cü illər aralığında "River Pleyt"in qapısını qoruyub. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər