Şeydayevli “Kocaelispor” Bəxtiyarlı “Tuzlaspor”a məğlub oldu

Şeydayevli “Kocaelispor” Bəxtiyarlı “Tuzlaspor”a məğlub oldu

Türkiyə 1-ci liqasında 26-cı turun oyunları keçirilir.

Fanat.Az xəbər verir ki, azərbaycanlı futbolçular Bəxtiyar Həsənalızadə ilə Ramil Şeydayevin komandaları da növbəti matçlarına çıxıblar.

Şeydayevli “Kocaelispor” doğma meydanda qarşılaşdığı Bəxtiyarlı “Tuzlaspor”a 1:2 hesabıyla məğlub olub.

Bəxtiyar bu oyunda 90 dəqiqə meydanda olub. Şeydayev isə 84-cü dəqiqədə meydana buraxılıb.

“Kocaelispor” hazırda 45 xalla 3-cü pillədə qərarlaşıb. “Tuzlaspor” isə 27 xalla 14-cüdür.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər