Xəbər verdiyimiz kimi, Türkiyənin “Kocaelispor” klubu yeni transferi Ramil Şeydayevi Rusiya vətəndaşı kimi sifariş etmişdi.
Fanat.Az xəbər verir ki, Türkiyə Futbol Federasiyasının rəsmi saytında o, Rusiya vətəndaşı kimi qeyd olunmuşdu.
Lakin bu səhv aradan qaldırılıb. Bir sözlə, Azərbaycan millisinin qardaş ölkədə legioner yox, yerli futbolçu kimi çıxış edəcək.
Qeyd edək ki, 28 yaşlı hücumçu 2025-ci il iyunun 30-na qədər “Kocaelispor”un oyunçusu kimi qeydiyyata alınıb. Bu isə o deməkdir ki, Şeydayevin 1-ci liqa klubunun heyətində rəsmi matçlarda iştirak etməsində heç bir maneə yoxdur.
“Kocaelispor” 1-ci liqanın 19-cu turu çərçivəsində yanvarın 20-də Arda Turanın baş məşqçisi olduğu “Eyüpspor”la qarşılaşacaq.