Şeydayevdən bir oyunda 2 məhsuldar ötürmə 

Şeydayevdən bir oyunda 2 məhsuldar ötürmə 

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin çıxış etdiyi “Buriram Yunayted” bu gün Tailand çempionatında növbəti oyununu keçirib.

Fanat.Az xəbər verir ki, hücumçumuzun komandası doğma meydanda "Trat"ı sınağa çəkib.

Görüş meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb. Şeydayev qələbədə əsas pay sahiblərindən olub. Start heyətdə meydana çıxan Şeydayev bu qollardan 2-nin ötürməsini verib. Birinci və dördüncü qollarda məhz onun asistliyindən sonra komanda yoldaşları fərqləniblər. Millimizin üzvü 78-ci dəqiqədə əvəzlənib. 

Qeyd edək ki, "Buriram Yunayted" 4 turdan sonra 10 xalla liderdir.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər