Liqa 1-in 30-cu turu çərçivəsində "Loryan"ı qəbul edən PSJ 5:1 hesablı qələbə qazanıb.
Fanat.Az xəbər verir ki, oyunun 72-ci dəqiqəsində Paris təmsilçisinin müdafiəçisi Serxio Ramos da meydana buraxılıb.
Son dəfə yanvarın 23-də PSJ formasıyla matça çıxmış arxa xətt oyunçusu yerli tərəfdarların hədəfinə çevrilib. Heç nə ilə yadda qalmayan 35 yaşlı ispan azarkeşlər tərəfindən fitə basılıb.
Xatırladaq ki, Ramos ötən yay "Real Madrid"lə vidalaşaraq azad agent qismində Fransa klubuna qoşulub. Bu mövsüm bütün turnirlər daxil olmaqla, cəmi 6 oyunda meydana çıxan Serxio 1 qol vurub. Onun PSJ ilə olan müqaviləsinin müddəti 2023-cü ilin yayına qədərdir.
Nihat