Şenol Günəşlə bağlı yekun qərar verildi - RƏSMİ

Şenol Günəşlə bağlı yekun qərar verildi - RƏSMİ

Türkiyə milli komandasının baş məşqçisi Şenol Günəş istefaya göndərilib.

Fanat.Az xəbər verir ki, Türkiyə Futbol Federasiyası rəsmi saytı vasitəsilə bu barədə açıqlama yayıb. 

Açıqlamada deyilir: "Milli komandanın baş məşqçisi Şenol Günəş ilə görüşün sonunda qarşılıqlı razılıq əsasında yolların ayrılmasına qərar verilmişdir. 

Ölkəmizə önəmli qələbələr yaşadan dəyərli məşqçimizə çalışdığı dönəmdəki işinə görə təşəkkür edir, bundan sonrakı  həyatında sağlıq və uğurlar diləyirik". 

Qeyd edək ki, 2019-cu ilin iyununda millinin "sükanı arxası"na keçən Şenol Günəş "ay-ulduz"lu komanda ilə son məşqçiliyi dönəmində 32 oyun keçirib. Təcrübəli mütəxəssis 32 maçtan 15-də qalibiyyət alıb, 10 heç-heçə əldə edib, 7-də isə məğlubiyyətlə üzləşib. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər