Seneqal yığmasında Sadio Maneni o əvəz edəcək

Seneqal yığmasında Sadio Maneni o əvəz edəcək

Qətərdə keçirilən futbol üzrə dünya çempionatında Seneqal millisinin hücumçusu Sadio Maneni əvəzləyəcək oyunçunun adına aydınlıq gəlib.

Fanat.Az xəbər verir ki, bu barədə yığmanın baş məşqçisi Aliu Sisse mətbuat konfransında bildirib.

O, Manenin əvəzinə İspaniyanın "Barselona" klubundan Mussa Ndiayenin komandaya cəlb olunduğunu söyləyib.

Xatırladaq ki, Seneqal millisi A qrupunun 1-ci turunda bu gün Niderland yığmasıyla üz-üzə gələcək. Qarşılaşmaya Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər