Bu gün “Mətbuata xidmət edənlər” layihəsinin sorğu nəticələri açıqlanıb. Müxtəlif qurumların mətbuat katiblərinin iştirak etdiyi sorğuda 5 kateqoriya üzrə (iqtisadiyyat, siyasət, sosial, mədəniyyət və idman jurnalistikası) fəaliyyətini bəyəndikləri jurnalistləri müəyyən ediblər.
Ölkənin fərqli media qurumlarında çalışan jurnalistlər isə 2 sahə üzrə (dövlət və biznes strukturu) müsbət fəaliyyətə görə mətbuat katiblərini seçib.
Sorğuda iştirak edən 70 mətbuat katibinin fikrincə idman jurnalistikası üzrə ATV kanalının aparıcısı Sənan Şəfizadə seçilib.
Qeyd edək ki, “Mətbuata xidmət edənlər” layihəsi Azərbaycan Jurnalistlər Şəbəkəsi və “ACT Azərbaycan” araşdırma şirkəti tərəfindən birgə keçirilib.
