Sənan Qurbanov: "Məqsədimiz finala yüksək əhvalda yollanmaq idi"

Sənan Qurbanov: "Məqsədimiz finala yüksək əhvalda yollanmaq idi"
"Keşlə”nin baş məşqçisi Sənan Qurbanov Azərbaycan Premyer Liqasının 28-ci turu çərçivəsində "Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib.
 
Fanat.Az xəbər verir ki, o, 3:1 hesabıyla qalib gəldikləri oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib: 
 
"Çox gərgin çempionat alındı. Sonuncu pilləni tərk etmək istəyirdik. Futbolçularımız meydanda əziyyət çəkdilər və qələbə qazandılar. İlk olaraq, onları təbrik etmək istəyirəm. Məqsədimiz Azərbaycan Kubokunun final matçına yaxşı əhval-ruhiyyədə yollanmaq idi və buna nail olduq. Rəqib komandaya növbəti mövsümdə uğurlar arzu edirəm".
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər