"Şəmkir"ə texniki məğlubiyyət verildi

"Şəmkir"ə texniki məğlubiyyət verildi

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Fanat.Az xəbər verir ki, qərarlardan biri 2-ci liqanın 2-ci turunda keçirilən "Şəmkir" - "Dinamo" matçı (2:3) ilə bağlıdır.

AFFA sözügedən oyunun nəticəsini ləğv edib və "Şəmkir" klubuna 0:3 hesablı texniki məğlubiyyət verilib. Buna səbəb sentyabrın 19-da keçirilən matçın 59-cu dəqiqəsində “Şəmkir”in heyətində adı oyunun rəsmi protokolunda olmayan futbolçu Kərəm Əhmədlinin meydana çıxması olub. Klub buna görə həm də 400 manat cərimə edilib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər