"Seltik" titulunu geri aldı

"Seltik" titulunu geri aldı

Şotlandiya çempionatında sona bir tur qalmış qalib müəyyənləşib. 

Fanat.Az xəbər verir ki, sondan əvvəlki turda "Dandi Yunayted"lə səfərdə 1:1 hesablı heç-heçəyə razılaşan "Seltik" ən yaxın izləyicisi və əzəli rəqibi "Reyncers" üçün əlçatmaz olub. 

Bu, "Seltik"in 52-ci Şotlandiya çempionluğudur. Qlazqolular son 11 mövsümdə onuncu dəfə titula sahib çıxıb. "Reyncers" yalnız keçən mövsüm "Seltik"in dominantlığını qıra bilib. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər