"Keşlə" və "Sabah" komandaları arasında Azərbaycan Premyer Liqasının XVIII tur oyununun ikinci hissəsi gec başlayıb.
Fanat.Az-ın məlumatına görə, buna qonaq komandanın qapıçısı Səlahət Ağayevin formasındakı qüsur səbəb olub.
Görüşün baş hakimi İnqilab Məmmədov fasilədən sonra meydana çıxmağa hazırlaşan 31 yaşlı qolkiperi paltardəyişmə otağına göndərib. Bu üzdən oyun təqribən 10 dəqiqə gec başlayıb.
Qeyd edək ki, hazırda qarşılaşmada ikinci hissə oynanılır və hesab açılmayıb.