Almaniyanın paytaxtı Berlindəki İddiaçılar Turnirində VI turun oyunları keçirilib. Fanat.Az xəbər verir ki, Azərbaycanın yeganə təmsilçisi Şəhriyar Məmmədyarov ağ fiqurlarla rusiyalı Vladimir Kramniklə qarşılaşıb.
Rəqib 64-cü gedişdə təslim olub. Bununla da Məmmədyarov turnirdə ikinci qələbəsini qazanıb. O, ilk turda İddiaçılar Turnirinin ötən qalibi, rusiyalı Sergey Karyakini yenib.
İddiaçılar Turniri
VI tur
Fabiano Karuana (ABŞ) - Aleksandr Qrişuk (Rusiya) 0.5:0.5
Uesli So (ABŞ) - Levon Aronyan (Ermənistan) 1:0
Din Lirjen (Çin) - Sergey Karyakin (Rusiya) 0.5:0.5
Şəhriyar Məmmədyarov (Azərbaycan) - Vladimir Kramnik (Rusiya) 1:0
Qeyd edək ki, hazırda Məmmədyarov və Karuana hərəyə 4 xalla turnir cədvəlinə başçılıq edirlər. Qrişuk, Lijen və Kramnik hərəyə 3 xalla 3-5-ci, Aronyan və So hərəyə 2.5 xalla 6-7-ci, Karyakin isə 2 xalla 8-ci yerdədi.
Fanat.Az