Seçmə mərhələ oyununda 50 dəqiqəlik fasilə

Seçmə mərhələ oyununda 50 dəqiqəlik fasilə

Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən Rumıniya - Kosovo oyununda azarkeşlərin siyasi pankart nümayiş etdirməsi səbəbindən yarıda dayandırılıb.

Fanat.Az xəbər verir ki, bu üzdən qarşılaşmada təxminən 50 dəqiqəlik fasilə yaranıb.

Buxarestdə baş tutan görüşün 18-ci dəqiqəsində baş hakim Villi Delayau komandaları meydandan çıxarmağa qərar verib. UEFA-nın saytında qeyd edildiyi kimi, oyun “tamaşaçıların ayrı-seçkilik hərəkətləri” səbəbindən yarımçıq dayandırılıb. Tribunalarda “Kosovo Serbiyadır” yazısı olan pankart açılıb.

I qrupunda yer alan bu komandalardan Rumıniya yığması ikinci, Kosovo millisi isə beşinci yerdədir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər