Sautgeytlə Keyn milli mükafata layiq görüldülər

Sautgeytlə Keyn milli mükafata layiq görüldülər

İngiltərə millisinin baş məşqçisi Qaret Sautgeyt və yığmanın kapitanı Harri Keyn prestijli milli mükafatlara layiq görülüblər.

 

 

Fanat.Az xəbər verir ki, Sautgeyt Britaniya imperiyasının zabiti, Keyn kavaler olub. Mütəxəssis və hücumçu ölkənin seçməsi DÇ-2018-də uğurlu çıxış etdiyinə görə fərqləndiriliblər.

Xatırladaq ki, ingilislər Rusiyada keçirilən son mundialda 4-cü yeri tutublar. 6 qolla dünya çempionatının ən yaxşı bombardiri adını qazanan Keyn isə özünü yaxşı tərəfdən göstərərək "Qızıl buts” alıb.

 

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər