İdman Arbitaj Məhkəməsi (CAS) tərəfindən dopinqdən istifadə etdiyi üçün 2 il idmandan kənarlaşdırılan Mariya Şarapovanın cəzasının nəticəsi çox ağır olub. Fanat.Az xəbər verir ki, rus tennisçi bir ildə milyonlarla dollar itirib.
Ötən il ən çox qazanan idmançılar arasında 26-cı olan məşhur tennisçi bu il 66 pillə geriləyərək 62 pillə geriləyərək 88-ci olub. 29 yaşlı idmançı 12 ildən sonra ilk dəfə 40-cı pillədə qərarlaşmış Amerikalı tennisçi Serena Uilyamsdan geriyə düşüb.
"Forbes"in hesablamalarına görə, Şarapova ötən il 29,7 milyon dollar qazanmışdı. Kortlara çıxmayan və reklam gəlirlərindən məhrum olan tennisçi bir ildə 7,8 milyon dollar ziyana düşüb. Karyerası ərzində 5 dəfə "Qrand slam" çempionu olan rus tennisçi bu il 21,9 milyon avro qazana bilib.
Fanat.Az